Millinin yeni reytinqi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Sportline.az FİFA-nın rəsmi səhifəsinə istinadən xəbər verir ki, komandamız ötən aykı mövqeyindədir. Hesabında 386 xal olan millimiz 90-ci pillədə qərarlaşıb. Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya 3-cü , Şimali İrlandiya 32-ci , Çexiya 43-cü , Norveç 83-cü , San Marino 202-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 1634 xalla Argentina millisi başçılıq edir. Braziliya 1544 xalla ikincidir.