Milliyə namizəd qapıçının ayağı sındı
U-17 liqasında keçirilən “Bakı” – “Qarabağ” oyununda xoşagəlməz hadisə yaşanıb. SportLine.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı, Hüseynəli Quliyev rəqib hücumçu ilə toqquşmada ağır zədə alıb. Dərhal xəstəxanaya çatdırılan futbolçunun ayağında qamış və incik sümüklərinin sındığı məlum olub və əməliyyat edilib. Həkimlərin rəyinə görə, o, 3-4 aydan sonra məşqlərə başlaya biləcək.
Qeyd edək ki, “Bakı”nın U-17 komandası ilə yanaşı U-19 komandasının da qapıçısı olan Hüseynəli U-17 milli komandaya namizəddir. Həmin oyunda millinin məşqçiləri futbolçunun oyununu izləmək üçün stadionda idilər.