Minsk-2019: Avropa oyunlarında daha bir medal

Karateçimiz Roman Heydərov "Minsk-2019" II Avropa Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Sportline.az xəbər verir ki, kata növündə mübarizə aparan idmançı Almaniya təmsilçisi İlya Smorgunerlə üz-üzə gəlib.

Dueldən qalib ayrılan (25.46 - 24.54) Azərbaycan təmsilçisi Avropa Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, bu, hazırda Azərbaycan seçməsinin "Minsk 2019"da 21-ci medalıdır. Komandanın aktivində 3 qızıl, 6 gümüş və 12 bürünc medal var.