Minsk-2019: Azərbaycan komandası paradda

"Minsk 2019" II Avropa Oyunlarının açılış mərasimində idmançıların paradı keçirilib. 

Sportline.az xəbər verir ki, paradda əvvəlcə Yunanıstan idmançılarının keçidi olub. 

Ardınca, əlifba sırası ilə digər 49 ölkənin keçidi gerçəkləşib. 82 idmançı ilə təmsil olunan Azərbaycanın nümayəndə heyətinin bayraqdarı cüdoçu Rüstəm Orucov olub.