Minsk-2019: Boksçumuz finala yüksəldi

Minskdə ikinci Avropa oyunları davam edir. 

Sportline.az xəbər verir ki, bu gün boks yarışlarında yarımfinal görüşləri keçirilir.

81 kq çəki dərəcəsində yarışan Alfonso Dominges italiyalı Fiori Simone üzərində inamlı qələbə ilə finala yüksəlib. 

İdmançımız bununla ən azı gümüş medalı təmin edib.