Minsk-2019: Boksçumuz növbəti mərhələdə

Boksçumuz Cavid Çələbiyev “Minsk 2019” II Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı, 1/8 finalda Dorin Buska (Moldova) ilə üz-üzə gəlib və qələbə qazanlb - 5:0.

Çələbiyev 1/4 finalda Yordan Rodriqez (Fransa) - Otar Eranosyan (Gürcüstan) cütünün qalibi ilə döyüşəcək.