Minsk-2019: Daha bir güləşçimiz finalda

Sərbəst güləşçimiz Nurməhəmməd Hacıyev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib. 

Sportline.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yarışan pəhləvan yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gəlib - 7:0.

Finalda Hacıyevin rəqibi Abdulrəşid Sadullayev olacaq. Görüş iyunun 27-də keçiriləcək.