Minsk-2019: Güləşçilərimiz final görüşünə çıxırlar

İki sərbəst güləşçimiz “Minsk 2019” II Avropa Oyunlarında bu gün final görüşünə çıxacaq.

Sportline.az xəbər verir ki, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) finalda Vladimir Xinceqaşvili (Gürcüstan)  ilə üz-üzə gələcək.  İdmançımız bu mərhələyədək  Valodya Franqulyan (Ermənistan), George Koliyev (Belarus) və Xor Oqannesyana (Ukrayna) qalib gəlib.

97 kq çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev isə həlledici görüşdə Abdulrəşid Sadullayevlə (Rusiya) qarşılaşacaq. O, finala kimi Radoslav Baran (Polşa), Elizbar Odikadze (Gürcüstan) və  Murazi Mçedlidzeni (Ukrayna) məğlub edib.

Qeyd edək ki, bu çəkilərdə həlledici qarşılaşmalar axşam seansında keçiriləcək.