Minsk-2019: Günün proqramı

Bu gün “Minsk 2019” II Avropa Oyunlarında daha 14 dəst medal sahibini tapacaq.

Sportline.az  xəbər verir ki, dördüncü yarış günündə basketbol, cüdo, gimnastikanın aerobika və batut, atıcılığın stend və güllə atıcılığı növlərində çempion və mükafatçılar bəlli olacaq.

Azərbaycan idmançıları cüdo, boks, badminton və batut gimnastikası üzrə yarışlarda mübarizə aparacaq. Ölkəni fərdi yarışlarda 9 idmançı təmsil edəcək. Batut gimnastikası üzrə sinxron hərəkətlərdə Ruslan Ağamirov və İlya Qrişunindən ibarət cütlük qüvvəsini sınayacaq.

Cüdo

Kişilər

11:30. 90 kq, 1/16 final

Məmmədəli Mehdiyev – Petar Zilka (Slovakiya)/Yahor Varapayev (Belarus) cütünün qalibi

11:30. 100 kq, 1/16 final

Elmar Qasımov – Anton Savitki (Ukrayna)

11:30. 100 kq, 1/16 final

Zelim Kotsoyev – Boyan Dosen (Serbiya)

11:30. +100 kq, 1/8 final

Uşanqi Kokauri – Vinçentso Darko (İtaliya)-Vito Draqiç (Sloveniya) cütünün qalibi

Qadınlar

11:30. +78 kq, 1/8 final

İrina Kindzerska – Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi

Boks

Kişilər

15:00. 56 kq, 1/8 final

Tayfur Əliyev - Nikola Butsenko (Ukrayna)

19:30. 52 kq, 1/8 final

Məsud Yusifzadə - Dmitri Zamotayev (Ukrayna)

20:30. 69 kq, 1/8 final

Lorenso Sotomayor - Adem Fetahoviç (Bosniya və Herseqovina)

Qadınlar

17:30. 69 kq, 1/8 final

Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)

Badminton

Kişilər, qrup mərhələsi

G qrupu, I tur

16:00. Azmi Qovumuramadhoni - Kollinz Valentin Filimon (Rumıniya)

Batut gimnastikası

Kişilər, sinxron hərəkətlər

19:50. Ruslan Ağamirov-İlya Qrişunin

Qeyd edək ki, hesabından 4 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 20-ci pillədədir. Yığmanın heyətində akrobatlar - Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovdan ibarət cütlük qarışıq komanda yarışlarında 3 medal qazanıb. Onlar kombinə olunmuş və dinamik hərəkətlərdə 2-ci, balanslı hərəkətlərdə isə 3-cü olublar. Həmçinin Rüstəm Orucovla (cüdo, 73 kq) Ağasif Səmədov (sambo, 52 kq) gümüş, Hidayət Heydərdov (cüdo, 73 kq), Mehman Xəlilov (sambo, 57 kq) və Emil Həsənov (sambo, 68 kq) bürünc medal əldə ediblər.

Medal sıralamasına 19 qızıl, 10 gümüş və 10 bürünclə Rusiya komandası başçılıq edir.