Minsk-2019: Hacı Əliyev daha bir erməni rəqibinə qalib gəldi

Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarında növbəti qarşılaşmalar keçirilib.

Sportline.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər yarımfinal görüşlərinə çıxıblar.

Pəhləvanımız Hacı Əliyev ukraynalı Hor Ohanesyanla üz-üzə gəlib. Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb. 

İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hessblı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

Bundan əvvəl 1/8 finalda da erməni rəqibini yenən H.Əliyev sabah keçiriləcək finalda Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək.