Minsk-2019: İdmançılarımızın iki qızıl, iki gümüş imkanı

Minskdə ikinci Avropa oyunları davam edir. 

Sportline.az xəbər verir ki, bu gün 4 qadın güləşçimiz xalça üzərinə çıxacaq. Onlardan ikisi qızıl, ikisi bürünc medal uğrunda yarışacaq.

50 kq çəkidə mübarizə aparan Mariya Stadnik həlledici qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gələcək.

Alyona Kolesnik (57 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Bediha Günlə güləşəcək.

Elmira Qəmbərova (62) finalda ukraynalı idmançı Yuliya Tkaçla qarşılaşacaq.

76 kiloda yarışan Səbirə Əliyeva isə bürünc medal uğurdunda güləşəcək. Onun rəqibi İselin Solheym (Norveç) olacaq.

Qeyd edək ki, bu günə qədər güləş millimizin aktivində 2 qızıl, 1 gümüş və 2 bürünc medal var.