Minsk-2019: Karateçilərimiz yarımfinala yüksəliblər

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Sportline.az xəbər verir ki, bu gün karateçilər mübarizəyə qoşulublar.

Roman Heydərov kata, İrina Zaretska və Asiman Qurbanlı isə kumite yarışlarında qüvvəsini sınayır.

 

Minsk-2019

Karate, Kata

Kişilər

İlkin mərhələnin B qrupunda Türkiyə, İtaliya və Andorra idmançısı ilə yarışda 24.63 xal toplayan Roman Heydərov 3-cü yeri tutaraq, növbəti mərhələyə adlayıb. Lakin növbəti mərhələdə 25.40 xallıq göstərici final üçün kifayət etməyib. Heydərov bürünc medal uğrunda almaniyalı İlya Smorqunerlə yarışacaq.

 

Kumite

Qadınlar

68 kq

A qrupunda yer alan İrina Zaretskanın rəqibləri Silviya Semeraro (İtaliya), Alize Aqier (Fransa) və Miroslava Kopunova (Slovakiya) olub. İtaliyalı ilə bərabərə qalan (0:0) təmsilçimiz digər iki rəqibinə müvafiq olaraq 7:2 və 6:0 hesab ilə qalib gəlib və qrup birincisi kimi yarımfinala yüksəlib. Final yolundakı son rəqib ukraynalı Halina Melnik olacaq.

 

Kişilər

+84 kq

Asiman Qurbanlı ilk olaraq A qrupunda yarışıb. Onun rəqibləri Tirol Darnel Lardi (Hollandiya), Conatan Horne (Almaniya) və Alparslan Yamanoğlu (Türkiyə) olub. Hollandiya və Türkiyədən olan rəqiblərini müvafiq olaraq 2:0 və 1:0 hesabı ilə məğlub edən Qurbanlı Almaniya idmançısı ilə heç-heçə edib. Bu nəticə ilə karateçimiz qrup birincisi kimi yarımfinala adlayıb.