Minsk-2019: Karateçimiz bürünc uğrunda yarışacaq

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları start götürüb.

Sportline.az xəbəbr verir ki, əvvəlcə kata yarışları başlanıb.

Təmsilçimiz Roman Heydərovi lkin mərhələdə 24,63 xalla turu adlayıb. 

Təsnifat mərhələsində B qrupunda yer alan R.Heydərov 25,40 nəticə göstərib. Qrupda sonuncu olan təmsilçimiz bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb.

O, üçüncülük uğrunda almaniyalı İlya Smorqunerlə yarışacaq.