Minsk-2019: Üç güləşçimiz 1/4 finalda

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarına start verilib.

Sportline.az xəbər verir ki, sərbəst güləşçilər 4 çəki dərəcəsində mübarizəyə başlayıblar.

Dörd güləşçimiz 1/8 final mərhələsində qüvvəsini sınayıb. Onlardan üçü növbəti mərhələyə adlayıbsa, bir idmançımız məğlub olub. Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelova qalib gəlib – 6:5. O, 1/4 finalda makedoniyalı Vladimir Yeqorovla görüşəcək.

Hacımurad Hacıyev (74 kq) türkiyəli Sönər Dəmirtaşa uduzub – 3:4.

Aleksandr Qostiyev (86 kq) Denis Balaura (Moldova) qalib gəlib – 7:1. Güləşçimiz 1/4 finalda gürcüstanlı Sandro Aminaşvili ilə qarşıllaşacaq.

Camaləddin Məhəmmədovun (125 kq) ilk rəqibi Belarus təmsilçisi Vitali Pyasnyak olub. 6:0 hesabı ilə qələbə qazanan pəhləvan 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə üçün macarıstanlı Daniel Liqeti ilə mübarizə aparacaq.