"Mlada Boleslav" Kamran Ağayevlə yolları ayırdı

Azərbaycan millisinin üzvü Kamran Ağayev "Mlada Boleslav"dan ayrılıb. SportLine.az xəbər verir ki, bu barədə Çexiya mətbuatı məlumat yayıb.

Klubun K.Ağayevlə mövsümün sonunadək müqaviləsi olsa da, rəhbərlik onun göndərilməsi barədə qərar qəbul edib. 

Qapıçı Çexiya klubunun heyətində 5 çempionat, 2 kubok matçına çıxıb və bir qırmızı vərəqə "qazanıb".