“Mlada Boleslav” qalib gəldi, Kamran kənardan izlədi
Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” Çexiya çempionatında növbəti matçına çıxıb. SportLine.az xəbər verir ki, rəqib “Slovaçko” kollektivi olub.
Səfərdə keçirilən görüş “Mlada Boleslav”ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Kamran bu görüşdə də ehtiyatda qalıb.
Qeyd edək ki, “Mlada Boleslav” 7 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.