MLS klubu Salahın izinə düşüb
"Liverpul"un misirli futbolçusu Mohamed Salah karyerasını MLS-də davam etdirə bilər.
Sportline.az jurnalist Tom Boqertin məlumatına istinadən xəbər verir ki, "San Dieqo" klubu 33 yaşlı oyunçunun xidmətində maraqlıdır.
M.Salah bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 5 qol, 3 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, sözügedən oyunçunun "Liverpul"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.