MMA döyüşçümüzdən Ukraynada parlaq qələbə

Ukraynanın Lutsk şəhərində MMA üzrə ProFC turniri keçirilib.

Ənənəvi turnirdə ölkəmizi təmsil edən idman ustası Fəxrəddin İsgəndərovun çıxışı uğurlu alınıb.

61 kq-dək çəki dərəcəsində yarışan idmançımızın rəqibi ukraynalı Aleksandr Krupenkin olub.

Döyüşə inamla başlayan İskəndərov rəqibə göz açmağa imkan verməyib. İdmançımızın tutarlı zərbələrinə cəmi bir raud tab gətirən Krupenkin, ikinci raundun əvvəlində məğlubiyyətlə barışmalı olub. Peşəkar karyerasında növbəti qələbəsini qazanan Fəxrəddin İskəndərov sentyabrda keçiriləcək beynəlxalq yarışda da pərəstişkarlarını sevindirmək əzmindədir.