MMA döyüşçüsü qətlə yetirildi

Amerikalı MMA döyüşçüsü İsaya Çapman qətlə yetirilib.
 
Sportline.az xəbər verir ki, o, Ohayadakı evində öldürülüb. 
 
Polis, bir neçə güllə yarası alan idmançının harayına hələ sağ ikən yetişib. Amma, xəstəxanaya yerləşdirilsə də, həkimlər ona kömək edə bilməyiblər. Eyni zamanda, polis iddia edilən qatilin hələ də azadlıqda olduğunu vurğulayır.
 
Qeyd edək ki, Çapmanın son döyüşü 2019-cu ilin oktyabrında Bellator 232 turnirində olub.