Modriç evinə qayıdır

Dünya futbolunun canlı əfsanəsi Luka Modriç karyerasını sabiq komandası "Dinamo Zaqreb"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

40 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu kluba qayıtmağa müsbət yanaşır.

Qeyd edək ki, Xorvatiya millisinin üzvünün "Milan"la sözləşməsi yayda başa çatacaq.