Modriçin yayda "Milan"dan ayrılma ehtimalı yüksəkdir
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç yayda komandadan ayrılacaq.
Sportline.az xəbər verir ki, 40 yaşlı futbol əfsanəsi yetirməsi olduğu kluba - "Dinamo Zaqreb"ə qayıdacaq.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Modriç 2013-2025-ci illər ərzində "Real Madrid"də forma geyinib.