"Monako" çempion oldu
Fransa I Liqasında 2016/2017 mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, 31-ci turdan təxirə salınan görüşdə "Sent Etyen"i məğlub edən "Monako" ən yaxın rəqibi PSJ üçün əlçatmaz olub.
Xal ehtiyatını 92-ə çatdıran "knyazlar" çempionluğu bayram ediblər.
“Monako” – “Sent Etyen” – 2:0
Qollar: Mbappe, 19, Cermeyn, 90+3