“Monako” “Mançester Siti” ilə matça itkilərlə çıxacaq
UEFA Çempionlar Liqasının liqa mərhələsində 2-ci turun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, "Monako" doğma meydanda "Mançester Siti" ilə qarşılaşacaq.
Fransa klubu bu oyuna ciddi itkilərlə çıxacaq. Qapıçı Lukas Hradeski, Aladji Bamba, Denis Zakaria, Lamin Kamara, Poul Poqba və Aleksander Qolovin baş məşqçi Adolf Hütterin sərəncamında olmayacaq.
"Mançester Siti" Rayan Şerki, Abdukodir Xusanov, Rayan Ait-Nuri və Omar Marmuş zədədən əziyyət çəkir.
Qeyd edək ki, start fiti 23:00-da səslənəcək oyunu ispaniyalı Xesus Xil idarə edəcək.