"Monako"dan qeyri-adi qərar

UEFA Çempionlar Liqasının 4-cü turunda "Beşiktaş"ın qonağı olacaq "Monako" fərqli qərarla diqqət çəkib.

SportLine.az xəbər verir ki, klub rəsmi "Twitter" hesabında İstanbula azarkeş aparmayacağını deyib.

Bu qərarı Beynəlxalq Xuliqanlıqla Mübarizə Təşkilatının tövsiyyəsi ilə qəbul etdiyini bildirən "knyazlar", "İstanbula azarkeşsiz getməyə qərar verdik", - deyə yazıb.

Bundan əlavə, klub fransalı azarkeşlərin oyuna getməməsini tövsiyyə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasında ötən mövsüm keçirilən "Lion" - "Beşiktaş" matçı ixtişaşla yadda qalıb.