"Monako"nun futbolçusu "Barselona"nın radarındadır

"Monako"nun fransalı futbolçusu Maqnes Akliouçe karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" klubu Maqnesin xidmətində maraqlıdır. İspaniya təmsilçisi bu keçid üçün "Monako"ya 45 milyon avro ödəməyə hazırdır.

22 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, M.Akliouçe bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 4 qol və 5 asistlə yadda qalıb.