Morata tarixə düşüb

"Qalatasaray"ın Milandan transferi Alvaro Morata ilk oyununa Qaziantepdə çıxarkən, transfer qiyməti İspaniyada manşet olub.

Sportline.az xəbər verir ki, karyerasına “Real”ın gənclər akademiyasında başlayan və daha sonra “Yuventus”, “Çelsi”, Madrid “Atletiko”su, “Milan” kimi nəhəng klublarda davam edən ispan oyunçunu belə qiymətləndirilib; O, dünya tarixində transferinə ən çox pul ödənən 5-ci futbolçudur.

2017-ci ilin iyulunda 32 yaşlı hücumçu üçün ən yüksək transfer haqqını "Çelsi" 66 milyon avro ilə “Real”a ödəyib.

Qeyd edək ki, Morata "Qalatasaray" forması ilə çıxış etdiyi 2 matçda 1 qolla yadda qalıb.