Morqan Rocers “Aston Villa” ilə yeni müqavilə imzalayıb
"Aston Villa" ingiltərəli futbolçusu Morqan Rocerslə yola davam edəcək.
Sportline.az xəbər verir ki, Birmingem klubu 23 yaşlı oyunçu ilə 2031-ci ilin iyun ayına qədər yeni müqavilə bağlayıb.
Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, M.Rocersin dəyəri 65 milyon avrodur.