Morten Hyulmand karyerasını İngiltərədə davam etdirə bilər

"Sportinq"in yarımmüdafiəçisi Morten Hyulmand karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" 26 yaşlı futbolçunu transfer etmək niyyətindədir.

Hyulmand İngiltərə nəhənginə keçməyə razılıq verib.

Qeyd edək ki, sözü gedən oyunçu cari mövsüm meydana çıxdığı 13 matçda 1 qolla yadda qalıb.