Mourinyo cəza alıb
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo UEFA tərəfindən cəzalandırılıb.
Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin bu cəzaya məruz qalmasına səbəb komandası ilə Avropa Liqasında “Lion” klubuna qarşı matça gec qatılması olub.
Mourinyoya ən azı bir oyunluq cəza verildiyi bildirilir. Nəticədə o, “Mityulland” - “Fənərbağça” görüşündə texniki zonadan kənarda qalmalı olacaq.