Mourinyo 2 futbolçu ilə yolları ayırmağı düşünür
"Fənərbağça"da Avstriya düşərgəsindən sonra komandadan ayrılacaq 2 əcnəbi futbolçunun adı bəlli olub.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Miqel Krespo və Miha Zaycdan istənilən performansı ala bilməyən Mourinyo bu iki futbolçunun göndərilməsini istəyib.
30 yaşlı Zayc və 27 yaşlı Kresponun satış siyahısına salındığı, təklif olmadığı təqdirdə müqavilənin ləğvinin gündəmdə olacağı bildirilib.
"Sarı-lacivərtlilər"in ötən mövsümün qış fasiləsində "Rayo Valyekano"ya icarəyə verdiyi Krespo La Liqada keçirdiyi 15 matçdan yalnız 4-nə ilk 11-də başlayıb və 531 dəqiqə meydanda qalıb.
Müqaviləsi 2026-cı ildə başa çatacaq Zayc ötən mövsüm 20 matçda 1087 dəqiqə meydanda olub.