Mourinyo 9 futbolçunun komandada qalmasını istəyir

Yeni mövsüm öncəsi baş məşqçi postuna Joze Mourinyonu təyin edən "Fənərbağça" heyət planlamasını davam etdirir. Portuqaliyalı çalışdırıcının gedəcək və qalacaq futbolçularla bağlı qərarı formalaşmağa başlayıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, bu çərçivədə Joze Mourinyonun əcnəbi futbolçularla bağlı qərarını verdiyi bildirilib. Təcrübəli çalışdırıcı 9 əcnəbi futbolçunun komandada qalmasını istədiyi halda, 6 futbolçunun biletini kəsib.

Mütəxəssis Livakoviç, Osayi-Samuel, Rodriqo Bekao, Ciku, Ostervolde, Fred, Tadiç, Şmanski və Cekonun komandada qalmasını istəyib.

Miha Zayç, Joao Pedro, Rade Kruniç, Miqel Krespo, Ryan Kent və Luan Perezin isə növbəti mövsümün planlarında yer almadığı baş məşqçi tərəfindən rəhbərliyə bildirilib.

Qeyd edək ki, "Fənərbağça" 2024/2025 mövsümünün ilk rəsmi oyununa Çempionlar Liqasında "Luqano" qarşısında çıxacaq.