Mourinyo Bernardo Silvanı istəyir

"Mançester Siti"nin futbolçusu Bernardo Silva "Real Madrid"in maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, Joze Mourinyo həmyerlisini "Real"a gətirmək istəyir.

Bu haqda jurnalist Joze Feliks Diaz məlumat yayıb.

Qeyd edək ki, B.Silvanın dəyəri 22 milyon avrodur.