Mourinyo "Fənərbağça"dan ayrıla bilər
"Fənərbağça" baş məşqçisi Joze Mourinyo ilə yollarını ayıra bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Everton" portuqaliyalı mütəxəsisi klubun sükanı arxasına gətirmək istəyir.
Mourinyo "Everton"u çalışdırmağa müsbət yanaşır.
Qeyd edək ki, Mersisayd klubunun rəhbərliyi Mourinyo ilə danışıqlar aparır.