Mourinyo Mançesterdə nə qədər qazanacaq?
Joze Mourinyonun “Mançester Yunayted”lə maliyyə razılaşmasının şərtləri məlum olub. SportLine.az xəbər verir ki, bu haqda İngiltərənin The Telegraph agentliyi məlumat yayıb. Britaniyalı həmkarlarımızın bildirdiyinə görə, Mourinyo mançesterlilərlə ilinə 12 milyon funt sterlinq məbləğində 3 mövsümlük müqavilə bağlayıb. Portuqaliyalının rəsmi təqdimatı bu günə gözlənilir. Xatırladaq ki, o, “qırmızı şeytanların sükanını” Lui van Qaldan təhvil alır.