Mourinyo qərar verdi

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Eduardo Kamavinqanın xidmətində maraqlı deyil.

Sportline.az xəbər verir ki, “Real Madrid” rəhbərliyi yarımmüdafiəçinin bu mövsüm əsas heyətdə daha az şans qazana biləcəyi ilə bağlı planları müzakirə edir.
Bildirilir ki, Mourinyo Kamavinqa ilə fərdi görüş keçirərək onun gələcək karyera planları və komandadakı rolunu dəyərləndirəcək. Gənc futbolçunun bu mövsüm start heyətində əvvəlki qədər müntəzəm oynamaq şansı qazanmayacağı da iddialar sırasındadır.

Qeyd edək ki, bundan əvvəl Arda Gülerın də əsas heyət futbolçusu olmayacağı barədə iddialar dərc edilmişdi.

Banner