Mourinyo “Real Madrid”də Bellingemə xüsusi rol ayırır
Portuqaliyalı mütəxəssis Joze Mourinyo gələcək planlarında “Real Madrid”də 4-2-3-1 oyun sistemini tətbiq etməyi düşünür.
Sportline.az insayder Mario Korteqanaya istinadən xəbər verir ki, Mourinyo komandanın əsas “10 nömrə” rolunu Cud Bellingemə həvalə etmək niyyətindədir.
Bundan əlavə təcrübəli çalışdırıcı Bellingemlə şəxsi söhbət edib, ona Dünya Çempionatında uğurlar arzulayıb və İspaniyada birlikdə çalışmağı səbirsizliklə gözlədiyini ifadə edib.