Mourinyo “Real Madrid”dən daha iki transfer tələb edir
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən heyətin daha da gücləndirilməsini istəyib.
Sportline.az "Marca" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis rəhbərlikdən iki yeni futbolçunun transferini tələb edib.
Mourinyonun tələbləri müdafiənin mərkəzi üçün yeni stoper, komandada yaradıcılığı və oyunun qurulmasını üzərinə götürə biləcək, Luka Modriç tipli yarımmüdafiəçi transfer olunmasıdır.
Qeyd edək ki, kral klubu artıq dörd transferi tamamlayıb. Komanda Mark Kukurelya,Denzel Dumfiris, İbrahima Konate, Bernardo Silva transferlərini həyata keçirib. Bundan əlavə İspaniya təmsilçisi yay transfer pəncərəsində aktivliyini davam etdirməyi planlaşdırır və Mourinyonun istəklərinin yerinə yetirilməsi variantları nəzərdən keçirilir.