Mourinyo “Real Madrid”ə doğru

"Real Madrid”in prezidenti Florentino Peres növbəti baş məşqçi məsələsində sürpriz seçim üzərində dayanıb.

Sportline.az xəbər verir ki, klub rəhbərinin əsas namizədi keçmiş çalışdırıcı Joze Mourinyo hesab olunur.

Mənbələrin bildirdiyinə görə, klub daxilində bu qərara tam dəstək yoxdur. Buna baxmayaraq, Peres prosesi şəxsən idarə edir və bu səbəbdən Mourinyonun şansları kifayət qədər yüksək qiymətləndirilir.

Eyni zamanda, tanınmış menecer Jorje Mendeş ilə Peres arasında son günlər birbaşa danışıqların aparıldığı qeyd olunur. Portuqaliyalı mütəxəssisin mümkün geri dönüşü məhz bu görüşlərdə müzakirə edilir.

Bildirilir ki, Mourinyo “Real Madrid”ə qayıtmağa tam hazırdır və yekun qərarı gözləyir. Onun hazırkı klubu ilə müqaviləsində təxminən 3–4 milyon avro məbləğində sərbəstqalma bəndi var və bu bənd may ayının son günlərində qüvvədən düşəcək.