Mourinyo "Real Madrid"ə qayıdır?
Joze Mourinyonun Madridə qayıdacağı ilə bağlı şayiələr getdikcə daha da güclənir.
Sportline.az xəbər verir ki, "Real"ın hazırkı məşqçisi Alvaro Arbeloa La Liqa və Çempionlar Liqasındakı uğursuz çıxışlarından sonra vəzifəsindən ayrıla bilər.
Məşqçi vəzifəsinə əsas namizədlərdən biri komandaya 2010-cu ildən 2013-cü ilə qədər rəhbərlik etmiş Joze Mourinyodur.
Bu dövrdə portuqaliyalı rekord sayda xalla İspaniya çempionluğunu, İspaniya Kubokunu və İspaniya Super Kubokunu qazanmağı bacarıb.