Mourinyo “Real”a qayıdır

Joze Mourinyo yenidən “Real Madrid”ə qayıda bilər. 

Sportline.az xəbər verir ki, bu barədə İspaniyanın tanınmış “Mundo Deportivo” nəşri məlumat yayıb.

İddialara görə, “Real” rəhbərliyi hazırda “Benfika”nı çalışdıran portuqaliyalı mütəxəssisin namizədliyini nəzərdən keçirib.

Tərəflər arasında təmas qurulub. Bildirilir ki, bununla yanaşı, tərəflər arasında hələ ki rəsmi və əhatəli danışıqlar aparılmayıb. Məlumatda qeyd olunur ki, təcrübəli baş məşqçi keçmiş komandasına qayıtmaq ehtimalına razıdır və “Real” tərəfindən konkret təklif olacağı təqdirdə danışıqlara açıqdır. 

Qeyd edək ki, Joze Mourinyo 2010 - 2013-cü illərdə “Real Madrid”in baş məşqçisi olub və bu müddətdə komandanı həm La Liqa, həm də İspaniya Kubokunda çempionluğa daşıyıb.