Mourinyo taktiki dəyişikliyə gedəcək

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”a qarşı məğlubiyyətdən sonra heyətdə rotasiya etməyi planlaşdırır.

Sportline.az Ntvspor.net-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcının heyətdə bəzi oyunçuların mövqeyini dəyişəcəyi gözlənilir.

İrfan Can Kahvecini əsas heyətə daxil etməyi planlaşdıran Mourinyo, Şmanskini yenidən hücumameyilli yarımmüdafiəçi kimi oynatmağı düşünür. Təcrübəli mütəxəssis Cekonun yerinə isə əsas heyətdə El-Nesiriyə şans verəcək.

Qeyd edək ki, Mourinyonun bu taktikasını “Yunion SG” ilə qarşılaşmada reallaşdıracağı gözlənilir.