Mourinyo: “Van Brokhorsta edilən şeyi mənə etməyin”
“Fənərbağça”nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az “Sporx” nəşrinə istinadən xəbər verir ki, Mourinyo jurnalistlərə müsahibəsində bu fikirləri səsləndirib;
“Belə bir ehtiyatı olan komandanız olanda xoşbəxt olur, sıx təqvimdən qorxmursunuz. “Qalatasaray” tərəfinin danışmasını məntiqsiz hesab edirəm. Biz həftələr keçdikcə nələr olduğunu bilirik. “Eyüpspor” ilə oynadıqları matçda nələr baş verdiyini bilirik. Onlar həddindən artıq təzyiq yaratmağa öyrəşiblər. Bugünkü matçda hakimin təsir etdiyini düşünmürəm. “Beşiktaş” sevdiyim bir komandadır. Oyun tərzlərini sevirəm. Məncə, Türkiyədə ən yaxşı əks-hücum oynayan komanda “Beşiktaş”dır. Hələ də məni öldürürsünüz. Biraz haqqımı verib, mənə vaxt verin. Van Bronkhorsta edilən şeyi mənə etməyin. Bir baş məşqçi 3-4 ayda möcüzə yarada bilməz. İmkan verin, rahat bir şəkildə işimi görüm”, - deyə Mourinyo bildirib.