Mourinyonun yeni imici
İngiltərə Premyer Liqasında yaranmış fasilədən yararlanan “Tottenhem”in baş məşqçisi Joze Mourinyo imicini dəyişib.
Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Londondakı “Haks & Oscar” adlı bərbərxanaya müraciət edən portuqaliyalı saçını dibdən qırxdırıb. Burada qiymətlər 40-60 funt arasındadır.
Qeyd edək ki, Mourinyonun yeni imicdə şəkli onun saçını qırxan türk bərbərin sosial şəbəkəsində yayımlanıb. Lakin tezliklə şəkil silinib. Buna baxmayaraq, şəkil sürətlə sosial şəbəkədə yayılıb.