Mourinyonun yeni planı

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo komandanın aparıcı futbolçularından olan İrfancan Kahveci ilə bağlı yeni plan hazırlayıb.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ötən mövsüm sağ cinahda uğurlu oyunu ilə seçilən futbolçunu orta sahədə də sınamaq niyyətindədir.

Ntvsport.net saytında yayılan xəbərə görə, Mourinyo bu planı Fredin oyuna çıxmadığı qarşılaşmalarda həyata keçirmək istəyir.

Qeyd edək ki, sağ cinahda daha faydalı iş əmsalı ilə diqqət çəkən futbolçu ötən mövsüm 18 qol və 12 asistlə yadda qalıb.