Moyze Kin “Fiorentina”dan ayrılmağa yaxındır

“Fiorentina”nın italiyalı futbolçusu Moyze Kin klubdan ayrılmağa hazırlaşır.

Sportline.az “Calciomercato”ya istinadən xəbər verir ki, “Nyukasl Yunayted”, “Arsenal”, “Tottenhem”, “Milan”, “Napoli” və “Barselona” Moyze Kinlə yaxından maraqlanır.

25 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, Moyze Kinin “Fiorentina” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm çıxış etdiyi 36 matçda 22 qol və 3 məhsuldar ötürmə müəllifi olub.