Müller bu hərəkəti ilə diqqət çəkdi

"Bavariya"nın hücumçusu Tomas Müller, Almaniya Bundesliqasının 26-cı turunda "Union"la oyunda etdiyi hərəkətlə diqqət çəkib.

Sportline.az  xəbər verir ki, o,  89-cu dəqiqədə əvəzləndikdən sonra baş məşqçi Hans Fliki, zarafat zəminində təpiklə vurub.

Xatırladaq ki, məlum səbədən, Bundesliqada əl sıxmağa icazə verilmir.

Münhen klubu 2:0 hesabı ilə qalib gəldiyi oyundan sonra, xal hesabını 58-ə yüksəldib.