“Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar
Azərbaycan təmsilçiləri Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında günü 4 medalla başa vurublar.
Sportline.az-ın yarışa ezam olunan əməkdaşı xəbər verir ki, günün son finalında Niyaz Malikov – İvan Vorobyanski cütlüyü 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlü idmançılar) bürünc medal qazanıb.
Xatırladaq ki, Əlimurad Hacızadə dünən birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə edib. O, bu gün birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə də ikinci olub.
Bu gün həmçinin Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar ) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar. Azər İlyasov isə akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlər arasında) yürüşdə qızıl medal əldə edib.