Mundialın püşkü Kremldə atılacaq

Futbol üzrə Dünya çempionatının püşkatma mərasiminin keçiriləcəyi məkan müəyyənləşib.

SportLine.az xəbər verir ki, 2018-ci ildə Rusiyada keçiriləcək Mundialın püşkü Moskvada atılacaq. Bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib. Onun sözlərinə görə, mərasim Kremldə olacaq.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San-Marino ilə eyni qrupda mübarizə aparır.