Murad Məmmədov Avroliqanın oyununda meydana çıxdı

Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin “Pafos” klubunun heyətində UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda meydana çıxıb.

Sportline.az xəbər verir ki, 20 yaşlı vinger Avstriyada “Zaltsburq”a qarşı keçirilən matçın 80-ci dəqiqəsində Aleksandre Britunun əvəzinə oyuna daxil olub.

“Pafos” səfər görüşündə rəqibinə 0:1 hesabı ilə uduzub. Matçın yeganə qolunu 88-ci dəqiqədə Tabakoviç vurub.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Limasol şəhərində keçiriləcək.