Murilyo "Nottingem"dən ayrılacaq

"Nottingem Forest"in brazilyalı futbolçusu Murilyo klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, "Real Madrid" və "Çelsi" 23 yaşlı oyunçunu transfer etmək üçün hərəkətə keçib.

"Mail Sport" nəşrinin yaydığı məlumata görə, "Nottingem"in rəhbərliyi Murilyo üçün 55 milyon avro tələb edir.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 13 matçda 1 qolla yadda qalıb.